Tramp İrana xəbərdarlıq etdi

/ Cümə axşamı, 24 Dekabr 2020 11:09
Tramp İrana xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp İraqdakı raket hücumlarına görə İranı günahlandırıb.

Bu barədə Ağ Evin rəhbəri “Twitter” hesabında yazıb.

Donald Tramp hücumlar zamanı ABŞ vətəndaşları öləcəyi halda Tehranı məsuliyyətə cəlb etməklə hədələyib.

“Bağdaddakı səfirliyimiz bazar günü hücuma məruz qalıb. Üç raket zərbəsi endirilib. Tapın görək haradan? - İrandan. İndi biz İraqdakı amerikalılara qarşı yeni hücumların səslərini eşidirik. Mənim İrana dostyana məsləhətim: əgər ABŞ vətəndaşlarından kimsə ölsə, mən İranı məsuliyyətə cəlb edəcəm”, - deyə D.Tramp qeyd edib.

Please publish modules in offcanvas position.