Yerevanda polislə etirazçılar arasında toqquşma olub

/ Cümə axşamı, 24 Dekabr 2020 14:03
Yerevanda polislə etirazçılar arasında toqquşma olub

Ermənistanın paytaxtı Yerevanda hökumət binasının qarşısına toplaşan etirazçılarla polislər arasında toqquşma olub.

Məlumatı “Novosti Armeniya” yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hökumət evinin bütün giriş və çıxışlarında bir neçə sıradan ibarət canlı sədd qurublar Aksiya iştirakçıları bu maneəni yarıb binaya daxil olmağa çalışırlar.

Polis “Nikol satqındır!” şüarını söyləyən etirazçıları binanın qarşısından Tiqran Metsa prospektinə sıxışdırıb. Aksiya iştirakçılarının bir qrupu baş nazir Nikol Paşinyanın avtomobil karvanının qarşısını kəsməyə cəhd göstərib.

Polis etirazçıların bir neçəsini saxlayıb.

Please publish modules in offcanvas position.