Afrikada BMT sülhməramlıları öldürülüb

/ Şənbə, 26 Dekabr 2020 11:04
Afrikada BMT sülhməramlıları öldürülüb

BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə çoxprofilli kompleks missiyasının (MINUSCA) sülhməramlıları hücuma məruz qalıb.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik adından yayılan bəyanatda bildirilib.

Qeyd olunub ki, Baş katib (BMT baş katibi Antoniu Quterriş - Red) bu gün naməlum yaraqlıların Mərkəzi Afrikanın milli müdafiə və təhlükəsizlik qüvvələrinə, eyni zamanda BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə çoxprofilli kompleks missiyasının sülhməramlılarına Dekoa və Bakumdə edilən hücumları qətiyyətlə pisləyir.

Bildirilib ki, Dekoada Burundidən olan üç sülhməramlı öldürülüb, ikisi yaralanıb.

Baş katib, ölkə rəhbərliyini bu hücumları araşdırmağa və günahkarları dərhal məsuliyyətə cəlb etməyə çağırıb.

Please publish modules in offcanvas position.