Türkiyə Ordusunun Hərbi Hava Qüvvələri İraqda PKK terror qruplaşmasının daha 8 silahlısını zərərsizləşdirib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin “Tvitter”dəki səhifəsində yerləşdirilən məlumatda belə deyilir.
“İraqın şimalındakı Avaşin Basyan bölgəsində kəşfiyyat və müşahidə ilə müəyyənləşdirilən PKK-nın 8 terrorçusu hərbi hava əməliyyatı ilə zərərsizləşdirildi. Əməliyyatlar sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam etdiriləcək”, - nazirliyin açıqlamasında bildirilib.