Yəmən aeroportunda partlayış: 27 nəfər öldü

/ Çərşənbə, 30 Dekabr 2020 16:51
Yəmən aeroportunda partlayış: 27 nəfər öldü

Səudiyyə Ərəbistanından uçan və Yəmənin hökumət nümayəndələrini daşıyan təyyarənin endiyi aeroportda güclü partlayış baş verib.

“RİA Novosti” yerli mənbəyə istinadla xəbər verir ki, hadisə Cənubi Yəmənin paytaxtı Ədəndəki hava limanında olub.

Hadisə zamanı azı 27 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Ölənlər arasında insan hüquqları nazirinin də olduğu bildirilir.

Qeyd edilir ki, bütün nazirlər Ədəndəki hökumət sarayına aparılıb.

Please publish modules in offcanvas position.