Hindistanda dəfn mərasiminə gələn onlarla insan öldü

/ Bazar ertəsi, 04 Yanvar 2021 12:39
Hindistanda dəfn mərasiminə gələn onlarla insan öldü

Hindistanda dəfn mərasiminə gələn insanlar krimatoriyanın tavanının çökməsi nəticəsində ciddi xəsarətlər alıb.

“The Times İndia”nın məlumatına görə, hadisə Uttar-Pradeş ştatının Muradnaqar şəhərində baş verib. Belə ki, dəfn mərasimi zamanı yağış yağıb və insanlar islanmamaq üçün bir yerə toplaşıb. Bu zaman dam uçub və 21 insan dağıntılar altında qalaraq həyatını itirib. 38 insan isə yaralanaraq xəstəxanaya yerləşdirilib. 

Ştatın baş naziri bildirib ki, həyatını itirən hər bir şəxsə görə 200 000 rupi (təxminən 2750 ABŞ dolları) kompensasiya ödəniləcək. Nazir həmçinin yerli aidiyyəti orqanlara hadisəni araşdırmağı və məruzə hazırlamağı əmr edib. 

Hadisə ilə əlaqədar Hindistan prezidenti Ram Natx Kovind və baş nazir Narendra Modi ölənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib. 

Please publish modules in offcanvas position.