Polşada müsəlmanlara qarşı terror aktının qarşısı alındı

/ Bazar ertəsi, 04 Yanvar 2021 15:21
Polşada müsəlmanlara qarşı terror aktının qarşısı alındı

Polşada məsciddə terror aktı həyata keçirmək istəyənlərə qarşı cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Daxili Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Bildirilib ki, islam ümmətinin xüsusi dini obyektinə hücumun həyata keçirilməsi, zəhərli maddələrin tətbiqi planlaşdırılırmış.

Xüsusi xidmət orqanlarının məlumatına görə, şübhəlilər “Polşanın islamlaşdırılmasına qarşı” çıxanlardır. Terror aktının təşkilində təqsirləndirilən bir neçə vətəndaş saxlanılıb.

Please publish modules in offcanvas position.