Əfqanıstanda “talibançı” yeddi hərbçini öldürüb

/ Çərşənbə, 06 Yanvar 2021 11:43
Əfqanıstanda “talibançı” yeddi hərbçini öldürüb

"Taliban" radikal hərəkatı ilə əlaqədə olan əsgər Əfqanıstan Milli Ordusunun yeddi hərbi qulluqçusunu öldürüb.

Bu barədə “RİA Novosti” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Qəzni əyalətində baş verib.

Qeyd edilir ki, o, hərbi qulluqçuları zəhərləyib və güllələyib. Hadisəni törədən şəxs silah-sursatla qaçaraq gizlənib.

"Taliban" hərbi qulluqçuların öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb.

Please publish modules in offcanvas position.