Bayden: “Konqresə hücum edənlər daxildəki terrorçular idi”

/ Cümə, 08 Yanvar 2021 11:27
Bayden: “Konqresə hücum edənlər daxildəki terrorçular idi”

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden ötən gün Vaşinqtonda baş verən hadisələrə və Konqresin etirazçılar tərəfindən ələ keçirilməsinə münasibət bildirib.

“HaberGlobal”ın məlumatına görə, Co Bayden baş verənləri xaos kimi qiymətləndirib.

“Mən orada olanlara etirazçı deyə bilmərəm, onlarlar yaraqlılar, daxildəki terrorçular idi. Baş verənlər Donald Trampın demokratiyaya qarşı amansız hücumlarının nəticəsi idi”.

Baydenin sözlərinə görə, D. Tramp azad mətbuata hücümlar edib, jurnalistləri vətən xaini adlandırıb.

“O, dünyadakı avtoritarların və diktatorların istifadə etdiyi leksikondan istifadə edirdi”, deyə ABŞ-ın yeni seçilmiş Prezidenti vurğulayıb.

C.Bayden əlavə edib ki, Prezident qanundan yuxarı ola bilməz.

Please publish modules in offcanvas position.