ABŞ ştatlarında və Vaşinqtonda silahlı aksiyalar baş verə bilər

/ Çərşənbə axşamı, 12 Yanvar 2021 11:02
ABŞ ştatlarında və Vaşinqtonda silahlı aksiyalar baş verə bilər

Co Baydenin andiçmə mərasimindən əvvəl ABŞ-ın bütün ştatlarında və Kapitoliya binası qarşısında silahlı aksiyalar planlaşdırılır.

Bu barədə ABC-nin müxbiri öz “Twitter” səhifəsində Federal Təhlükəsizlik Xidmətinin sənədlərinə istinadən xəbər yayıb.

Qeyd edək ki, yanvarın 8-i Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar.

Təhlükəsizlik qüvvələri isə onları binadan çıxarmağa nail olub.

Toqquşmalar nəticəsində ölən və xəsarət alanlar olub.

Please publish modules in offcanvas position.