Rusiya MN: “Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunur”

/ Çərşənbə axşamı, 12 Yanvar 2021 11:04
Rusiya MN: “Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunur”

Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı vəziyyətin bütün sutka ərzində monitorinqini davam etdirir, atəşkəs rejimi bütün təmas xəttində gözlənilir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Müşahidə məntəqələrində Rusiya sülhməramlıları bütün sutka ərzində vəziyyətin monitorinqini və atəşkəsə riayət olunmasına nəzarəti həyata keçirir. Bütün təmas xətti boyunca atəşkəs rejiminə riayət olunur”, - deyə Rusiya MN-dən bildirilib.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.