Kanadada üçüncü müsəlman nazir seçildi

/ Çərşənbə, 13 Yanvar 2021 15:28
Kanadada üçüncü müsəlman nazir seçildi

Kanada Baş naziri Castin Trüdo dəyişdirdiyi kabinetinə üçüncü müsəlman naziri əlavə edib.

“Anadolu” agentliyi Kanada Baş Nazirlik Ofisinə istinadla xəbər verir ki, Toronto millət vəkili Omar Alqabra Nəqliyyat naziri təyin olunub.

Səudiyyə Ərəbistanında anadan olan Omar Alqabra Somali mənşəli Ailə, Uşaq və Sosial İnkişaf naziri Əhməd Hussen və Əfqanıstan əsilli Qadınların Statusu naziri Məryəm Monsefdən sonra kabinetdə üçüncü müsəlman nazirdir.

Please publish modules in offcanvas position.