Sergey Lavrov və Cavad Zərif Qarabağ məsələsini müzakirə edəcəklər

/ Cümə, 15 Yanvar 2021 13:14
Sergey Lavrov və Cavad Zərif Qarabağ məsələsini müzakirə edəcəklər

Rusiya XİN rəhbəri Sergey Lavrov və iranlı həmkarı Cavad Zərif arasında danışıqlar 26 yanvarda Moskvada baş tutacaq.

TASS-ın məlumatına görə, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Danışıqlar çərçivəsində nazirlərin Dağlıq Qarabağdakı vəziyyəti, həmçinin Suriya, Əfqanıstan və Fars körfəzi məsələlərini müzakirə etməsi planlaşdırılır.

Rusiya və İran XİN başçıları eyni zamanda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Please publish modules in offcanvas position.