Ermənistanın Baş prokuroru: Paşinyanın həbsi üçün bütün əsaslar var

/ Çərşənbə axşamı, 19 Yanvar 2021 13:39
Ermənistanın Baş prokuroru: Paşinyanın həbsi üçün bütün əsaslar var

Ermənistanda Baş nazir Nikol Paşinyanın həbsinə hazırlıq gedir. 

“Aysor”un məlumatına görə, bu barədə yerli “Past” qəzetinin yaydığı xəbərdən məlum olur.

Bildirilir ki, Ermənistanın Baş Prokuroru Artur Davtyan dar dairədə yayılan dövlətə xəyanət xəbərlərinin cinayət işi başlanmasına və Paşinyanın təqsirləndirilən şəxs qismində cəlb edilməsinə bəs etdiyini deyib.  

Baş prokurorun sözlərinə görə, bu əsaslar Paşinyanın həbsi üçün kifayətdir.

Please publish modules in offcanvas position.