İran: Baydendən heç bir mesaj gəlməyib

/ Çərşənbə axşamı, 19 Yanvar 2021 14:17
İran: Baydendən heç bir mesaj gəlməyib

İran ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydendən ölkəsinin nüvə sazişinə qayıdacağı ilə bağlı heç bir mesaj almayıb.

Bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii brifinq zamanı bildirib. Onun sözlərinə görə, rəsmi Tehran ABŞ-ın yeni hökumətinin tərəflər arasında qarşılıqlı etimadın bərpa olunması istiqamətində səy göstərəcəyinə ümid edir.

“Baydenin komandasından heç bir mesaj almamışıq. Biz ABŞ-ın qeyd-şərtsiz öz öhdəliklərinin icrasına qayıdacağı təqdirdə, onlara əməl edəcəyinə əmin olmadıqca, danışıqlar mənasızdır”, - deyə İran rəsmisi bildirib.

Qeyd edək ki, bir qədər əvvəl İsrail mətbuatında yayılan xəbərlərə görə,  Baydenin adından bəzi rəsmi şəxslər ABŞ-ın nüvə sazişinə qayıtması şərtləri haqqında İranla danışıqlar aparırlar.

Please publish modules in offcanvas position.