Rusiyada şənbə günü keçirilən icazəsiz aksiyalar zamanı saxlanılan ən kiçik etirazçının 9 yaşı var.
İslam.az Az.shafaqna.com-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın uşaq haqları üzrə müvəkkili Anna Kuznetsova bəyan edib.
Daha öncə Kuznetsova ümumilikdə ölkə üzrə 300 uşağın saxlandığını söyləmişdi. Onlardan 70-i Moskvada, 30-u isə Sankt-Peterburqda saxlanılıb.
Xatırladaq ki, şənbə günü Rusiyanın müxtəlif şəhərlərində hakimiyyətə qarşı və həbs edilən müxalifətçi Aleksey Navalnının azad edilməsi tələbi ilə icazəsiz etiraz aksiyaları keçirilib.