“New York Times” yazarı “İran agenti” ittihamı ilə həbs edildi

/ Bazar ertəsi, 25 Yanvar 2021 17:52
“New York Times” yazarı “İran agenti” ittihamı ilə həbs edildi

ABŞ-ın “New York Times” qəzetində çoxsaylı məqalələrin müəllifi Kave Əfrasiabi İran agenti olmaqda ittiham edilib.

İslam.az shafaqna.com-a istinadla verdiyi xəbərə görə, özünü “Tehran universitetinin sabiq müəllimi” kimi təqdim edən Əfrasiabi həbs edilib. Bununla bağlı ABŞ Ədliyyə nazirliyi məlumat yayıb.

Onun “İran hökumətinin gizli agenti” kimi ittiham irəli sürülüb. Həmçinin qeyd olunur ki, 2007-ci ildən etibarən İranın BMT-dəki daimi nümayəndəliyi Əfrasiabinin bank hesabına 265 milyon dollar köçürüb.

Əfrasiabinin 1957-ci ildə İranda doğulduğu, 1973-cü ildə isə ABŞ-a köçdüyü bildirilir.

Please publish modules in offcanvas position.