Polşa kilsəsi İslam gününü qeyd etdi

/ Çərşənbə, 27 Yanvar 2021 12:36
Polşa kilsəsi İslam gününü qeyd etdi

Dünən Polşa katolik kilsəsi İslam gününü qeyd edib.

Az.shafaqna.com Rusiya KİV-inə istinadla xəbər verir ki, bu gün ilk dəfə kilsə tərəfindən 2001-ci ildə qeyd olunub və o zamandan ənənə halını alıb.

Yepiskop Henrik Sereşko deyib ki, bayram tədbirləri “mövhumatları aradan qaldırmağa yardım edir, xristian və müsəlmanların əminamanlıq şəraitində birgə yaşaması mümkünlüyünü göstərir”.

Bu il tədbir “Xristianlar və müsəlmanlar: birlikdə ibadət yerlərimizi qoruyaq” şüarı altında keçirilib.

Pandemiya ilə əlaqədar İslam günü onlayn təşkil edilib. Proqram müsəlman və katolik liderlərin təbrik ismarıclarından, həmçinin Tövrat və Qurandan qissələrin oxunuşundan ibarət olub.

Please publish modules in offcanvas position.