Kapitoliyə hücumdan sonra iki polis intihar edib

/ Cümə axşamı, 28 Yanvar 2021 16:18
Kapitoliyə hücumdan sonra iki polis intihar edib

ABŞ-da Kapitoliyə hücumdan sonra iki polis əməkdaşı intihar edib.

Bu barədə “Washington Post” Vaşinqton polisinin rəhbəri Robert Kontiyə istinadən məlumat yayıb.

R.Kontinin sözlərinə görə, Hovard Libenqud adlı 51 yaşlı polis əməkdaşı Kapitolidə baş verənlərə şahidlik etdikdən sonra intihar edib. Hadisə yanvarın 9-da baş verib. Növbəti intihar hadisəsi isə yanvarın 15-də qeydə alınıb. Cefri Smit adlı polis əməkdaşı sözügedən tarixdə intihar edib.

Please publish modules in offcanvas position.