İraqda terror aktı zamanı bir neçə uşaq yaralanıb, ölən var

/ Şənbə, 30 Yanvar 2021 10:55
İraqda terror aktı zamanı bir neçə uşaq yaralanıb, ölən var

İraqın şimal-şərqindəki Diyala əyalətində terror aktı törədilib.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Məlumata görə, hadisə nəticəsində bir uşaq həlak olub, daha dörd azyaşlı yaralanıb.

Polisdə bildirilib ki, İŞİD terrorçuları As-Sadiya şəhərində bomba partladıblar. Partlayış yaşı 10-dan az olan uşaqların oynadığı meydançada törədilib.

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Please publish modules in offcanvas position.