Myanmada bir illik fövqəladə vəziyyət elan edildi

/ Bazar ertəsi, 01 Fevral 2021 10:43
Myanmada bir illik fövqəladə vəziyyət elan edildi

Myanma ordusu ölkədə bir il müddətinə fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.

Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Qərar saxta parlament seçkiləri səbəbiylə ordu tərəfindən verilib.

Hakimiyyətin ölkənin silahlı qüvvələrinin baş komandanı Min Aun Hlainin əlinə keçdiyi bildirilir.

Daha əvvəl, Myanma prezidenti Vin Myin, dövlət müşaviri və xarici işlər naziri vəzifəsini tutan, ölkənin “Demokratiya Uğrunda Milli Liqası” (NLD) Partiyasının rəhbəri Aun San Su Cjinin həbs edildiyi məlum olmuşdu.

NLD hərbçilərin dövlət çevrilişi təşkil etdiyini açıqlamışdı. Ölkənin paytaxtı Naypyidada telefon və internet kəsilib. Böyük şəhərlərdə əsgərlər yerləşdirilib.

Qeyd edək ki, 2020-ci ilin noyabrında Myanmada seçkilər keçirilib və NLD qalib gəlib, lakin “Birliyin Həmrəyliyi və İnkişafı” partiyasını dəstəkləyən hərbçilər nəticələrlə razılaşmayıb.

Onlar səslərin saxtalaşdırılması iddiası ilə əlaqədar “hərəkətə keçəcəkləri” barədə hədə-qorxu gəlmişdilər.

Please publish modules in offcanvas position.