Britaniyanın Müsəlman Şurasına ilk dəfə qadın başçılıq edəcək

/ Bazar ertəsi, 01 Fevral 2021 17:33
Britaniyanın Müsəlman Şurasına ilk dəfə qadın başçılıq edəcək

Britaniyanın Müsəlman Şurasının baş katibi ilk dəfə qadın seçilib.

Az.shafaqna.com “The Guardian”a istinadla xəbər verir ki, Qlazqodan olan 29 yaşlı qeyri-kommersiya fəaliyyəti üzrə məsləhətçi Zara Muhəmməd bazar günü keçirilən seçkilərin nəticəsinə əsasən nüfuzlu quruma başçılıq edəcək. 

Maraqlıdır ki, Zaranın seçkilərdəki rəqibi məscid imamı və müəllim Əcmal Məsrur olub.

“İlk qadın olaraq baş katib seçilməyim mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, bu, daha çox qadın və gəncləri lider rolunu üzərlərinə götürməyə təşviq edəcək”, - Zara seçkilərdəki qələbəsini şərh edib.

Londonun müsəlman meri Sadiq Xan da gənc qadını belə məsul posta seçilməsi münasibəti ilə təbrik edib: “Bu çox əla xəbər oldu”.

 

Please publish modules in offcanvas position.