Terrorçular Somali prezidentinin olduğu hökumət evini minaatanlardan atəşə tutub

/ Çərşənbə axşamı, 02 Fevral 2021 13:42
Terrorçular Somali prezidentinin olduğu hökumət evini minaatanlardan atəşə tutub

Somalinin paytaxtı Moqadişoda yerləşən hökumət iqamətgahı minaatanlardan atəşə tutulub.

“Somali Guardian” məlumat verir ki, hökumət evinin ərazisində doqquz mərmi partlayıb.

Hadisə vaxtı Prezident Məhəmməd Abdullahi Məhəmməd də hökumət evində işdə olub.

İnsident nəticəsində həlak olan və xəsarət alanların olması barədə məlumat verilmir.

Rəsmi qurumlar hücumun “Əl-Şabab” terror təşkilatı tərəfindən həyata keçirildiyini ehtimal edirlər. 

Please publish modules in offcanvas position.