ABŞ İranla nüvə sazişi məsələsində ilk addımı atan tərəf olmayacaq

/ Çərşənbə, 03 Fevral 2021 11:37
ABŞ İranla nüvə sazişi məsələsində ilk addımı atan tərəf olmayacaq

Rəsmi Tehran nüvə sazişinin tələblərini yerinə yetirmək istiqamətində addımlar atmayınca ABŞ-ın yeni administrasiyası İran höküməti ilə heç bir əlaqəyə getməyəcək.

TASS xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinq zamanı bildirib.

“Biz ilk növbədə öz müttəfiqlərimizlə məsləhətləşmələr aparırıq. Konqres üzvləri ilə danışırıq. İranla isə heç bir fikir mübadiləsi aparılmayıb. İlkin addımlar atılmayınca heç bir əlaqə olmayacaq”, - deyə diplomat qeyd edib.

Please publish modules in offcanvas position.