Fransa hökuməti ötən il bağladığı məscidi açacaq

/ Çərşənbə, 03 Fevral 2021 17:43
Fransa hökuməti ötən il bağladığı məscidi açacaq

Fransa hökuməti ötən il anti-terror əməliyyatı çərçivəsində bağlanan məscidin yenidən açılmasına icazə verib.

Az.shafaqna.com-un “Anadolu”ya istinadla verdiyi xəbərə görə, bu barədə Fransa DİN-dən bildirilib.

Paris ətrafındakı Panten məscidi məktəb müəllimi Samuel Pati ətrafında baş verən hadisələrdən sonra qapadılmışdı. İbadətgahın bağlanmasına bəhanə isə onun rəhbərliyinin Həzrət Muhəmmədə (c) çəkilən karikaturaları nümayiş etdirən Patini qınayan videoçarxın hazırlanması olmuşdu.

Daxili işlər naziri Jerar Darmanin bildirib ki, “məscid özünü respublika qanunlarına uyğun tənzimləyib və biz onu inanclıların maraqlarını nəzərə alaraq açacağıq”.

Please publish modules in offcanvas position.