İsveçrə kilsəsi müsəlman qadınların müdafiəsinə qalxdı

/ Çərşənbə, 03 Fevral 2021 17:44
İsveçrə kilsəsi müsəlman qadınların müdafiəsinə qalxdı

İsveçrənin katolik kilsəsi ölkədə paranca, niqab və çadraya qadağanı nəzərdə tutan qanun layihəsinə qarşı çıxıb.

Az.shafaqna.com xəbər verir ki, İsveçrənin dinlər şurası ilə Yepiskoplar konfransının birgə bəyanatında dini inanclar səbəbi ilə bədənin örtülməsi Allaha ibadətin zahiri rəmzi kimi dəyərləndirilir.

Sənədə həmçinin protestantlar, pravoslavlar, müsəlmanlar və yəhudilərin liderləri də imza atıblar.

Dini liderlər qeyd ediblər ki, həyat tərzini seçmək və formalaşdırmaq İsveçrə demokratiyasının təməl prinsiplərindəndir. Buna görə də onlar konstitusiya ilə mühafizə edilən dini hüquqlara istənilən qarışmaq cəhdlərini rədd etmək niyyətindədirlər.

Xatırladaq ki, martın 7-də İsveçrədə keçiriləcək ümumxalq referendumunda sifət cizgilərini tamamilə örtən paltarların qadağan olunmasının məqsədəuyğunluğu məsələsi müzakirəyə çıxarılacaq.

Please publish modules in offcanvas position.