Pentaqon ABŞ qüvvələrinin dünyadakı yerini təhlil edəcək

/ Cümə, 05 Fevral 2021 11:21
Pentaqon ABŞ qüvvələrinin dünyadakı yerini təhlil edəcək

Pentaqon ABŞ ordusunun yerləşdiyi əraziləri nəzərdən keçirəcək.

Bu barədə ölkənin yeni Müdafiə naziri Lloyd Austin bildirib.

Onun açıqlaması Pentaqonun rəsmi saytında yayımlanıb:

“Hesabatda baş komandana hərbi maraqların milli maraqlara uyğun şəkildə necə paylanacağına dair tövsiyələrim yer alacaq”.

Eyni zamanda, nazir təhlil zamanı Pentaqonun ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələr aparacağını da əlavə edib.

Lakin açıqlamada ABŞ qüvvələrinin bölgüsündə heç bir mümkün dəyişiklik göstərilməyib.

Please publish modules in offcanvas position.