İran Rusiyaya nota verib

/ Bazar ertəsi, 08 Fevral 2021 14:28
İran Rusiyaya nota verib

Rəsmi Tehran Rusiya Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.

Bu barədə IRNA agentliyi məlumat verib.

Səbəb Rusiya XİN-in ərəbdilli “Twitter” səhifəsində Fars körfəzini “Ərəbistan Körfəzi” adı ilə qeyd etməsidir.

Rusiyanın diplomatik xidməti hadisə ilə bağlı hələ açıqlama verməyib.

Please publish modules in offcanvas position.