İlk ərəb kosmik gəmisi Mars orbitinə uğurla daxil oldu

/ Cümə axşamı, 11 Fevral 2021 10:57
İlk ərəb kosmik gəmisi Mars orbitinə uğurla daxil oldu

BƏƏ kosmik gəmisi uğurla Mars orbitinə daxil olub.

Bu barədə dw.com xəbər yayıb.

Bildirilir ki, Əmirlik “Qırmızı planet”ə missiya yollayan dünyada beşinci və ərəb ölkələri arasında isə ilk ölkə olub. Bunun şərəfinə Bürc Xəlifə binasında Marsa edilən bu və digər missiyalar haqqında video göstərilib.

Kosmik gəmi 2020—ci ilin iyulun 20-də H-IIA daşıyıcı raketi vasitəsi ilə Yaponiyanın Tanegasima Kosmik Mərkəzindən buraxılıb.

Zond “Qırmızı Planet”in iqlimini və alt atmosferini öyrənmək üçün hazırlanıb. Cihaz görünən, infraqırmızı və ultrabənövşəyi diapazonlarda müşahidə aparmağa imkan verən üç kamera ilə təchiz edilib.

Please publish modules in offcanvas position.