Əfqanıstanda BMT avtomobillərinə hücum nəticəsində beş nəfər öldü

/ Cümə, 12 Fevral 2021 11:12
Əfqanıstanda BMT avtomobillərinə hücum nəticəsində beş nəfər öldü

Əfqanıstanda BMT missiyasına məxsus avtomobillərə silahlı hücum olub.

TASS yerli “Ariana News” telekanalına istinadən xəbər verir ki, hadisə paytaxt Kabil və Cəlalabad şəhərlərini birləşdirən magistral yolda baş verib.

Məlumata əsasən, avtomobillərdən birinin sürücüsü güllələndikdən sonra nəqliyyat vasitəsi çaya düşüb. Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir. Lakin onların BMT əməkdaşları, yaxud da mühafizə dəstəsindən olmaları açıqlanmır.

Please publish modules in offcanvas position.