Fransada ayrıseçkiliyə məruz qalan müsəlmanlar etiraz aksiyası keçirdilər

/ Bazar ertəsi, 15 Fevral 2021 13:57
Fransada ayrıseçkiliyə məruz qalan müsəlmanlar etiraz aksiyası keçirdilər

Fransanın paytaxtı Parisdə ölkədə islamofobiyanın artmasına qarşı izdihamlı etiraz aksiyası keçirilib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Aksiyaçılar “Respublika dəyərlərinə hörmətin gücləndirilməsi prinsipləri" qanun layihəsinə narazılıqlarını ifadə etmək üçün Trokadero meydanında toplaşıblar. Onların fikrincə, qanun müsəlmanları ayrıseçkiliyə məruz qoyur.

Xanan Lukilinin sözlərinə görə, o, Fransada islamofobiyanın qurbanlarından biridir. Lukili bildirib ki, işlədiyi məktəb 18 noyabr 2020-ci ildə uyğunsuzluq bəhanəsi ilə “təhlükəsizlik tələblərinə” görə bağlanılıb.

"Bizi iki dəfə yoxlamağa gəldilər. Yoxlamanın nəticələrinə görə bildik ki, bizi separatçılıqda ittiham edirlər", - Lukili deyib.

O vurğulayıb ki, hökumət “separatçılıq" adı ilə məşhur qanun layihəsinin köməyi ilə müsəlmanların diskriminasiyası üçün hüquq baza yaratmağa çalışır.

Bağlanmış məktəbinin şagirdi isə özünün və yoldaşlarınını təhsil almaq hüququnu məhrum edilməsindən şikayətlənib. Onun sözlərinə görə ki, indi şagirdlərə yeni məktəblər tapmaq çox çətindir.

Please publish modules in offcanvas position.