ABŞ-da koronavirus qurbanlarının sayının gizlədilməsi faktları araşdırılır

/ Cümə axşamı, 18 Fevral 2021 13:34
ABŞ-da koronavirus qurbanlarının sayının gizlədilməsi faktları araşdırılır

Nyu-York ştatının qubernatorluğuna qarşı ötən ilin yaz-yay aylarında qocalar evlərində COVID-19-dən ölənlərin sayını gizlətmək şübhəsi ilə təhqiqat başlayıb.

“Report” ABC-yə istinadən xəbər verir ki, Federal Təhqiqatlar Bürosu (FTB) və Nyu-York şəhəri Bruklin bölgəsi prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində qubernatorluğun aidiyyəti əməkdaşlarına məhkəmə bildirişləri göndərilib. Belə ki, ştat rəhbərliyinin həmin vaxt təqdim etdiyi hesabatda qocalar evlərində koronavirusdan ölənlərin 8,7 min nəfər olduğu göstərilsə də, indi bu rəqəmin qəsdən 50 faiz azaldıldığı üzə çıxır.

Qeyd edək ki, bu günlərdə qubernator Əndrü Kuomonun katibi Melis de Rosa bu günlərdə demokrat konqresmernlərlə qeyri-rəsmi görüşü zamanı ötən ilin avqust ayında müvafiq qurumlar tərəfindən tələb olunmuş bu cür məlumatların verilməsini ştat hökumətinin əngəllədiyini bildirmişdi.

Please publish modules in offcanvas position.