ABŞ-dan İrana jest: Sanksiya tələbi geri götürüldü

/ Cümə, 19 Fevral 2021 12:03
ABŞ-dan İrana jest: Sanksiya tələbi geri götürüldü

ABŞ BMT-yə təqdim etdiyi İrana qarşı sanksiya rejiminin bərpa edilməsi tələbini geri götürüb. 

Bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Bildirilib ki, bununla bağlı ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Riçard Mills qurumun Təhlükəsizlik Şurası üzvlərini məlumatlandırıb.

Bununla ABŞ BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qüvvədə qaldığını təsdiqləyib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda keçmiş administrasiyanın dövlət katibi Mayk Pompeo TŞ-da İrana qarşı 2231 saylı qətnamə ilə ləğv olunan sanksiyaların bərpası təşəbbüsü ilə çıxış edib. ABŞ buna səbəb kimi İranın nüvə sazişinə əməl etməməsini göstərib.

Vaşinqtonun sanksiya təklifini geri götürməsi ABŞ-ın İranla nüvə sazişinin bərpası məsələlərinə həsr olunmuş görüşdə iştiraka razılıq verməsi ilə eyni vaxta təsadüf edib.

Please publish modules in offcanvas position.