Vaşinqton Tramp tərəfdarlarının yeni iğtişaşa hazırlaşdığını ehtimal edir

/ Cümə, 19 Fevral 2021 12:16
Vaşinqton Tramp tərəfdarlarının yeni iğtişaşa hazırlaşdığını ehtimal edir

ABŞ Milli Qvardiyasının minlərlə döyüşçüsü yeni iğtişaşlar və martın 4-də keçmiş prezident Donald Trampın tərəfdarları tərəfindən Kapitoliyə basqın cəhdlərindən ehtiyat edərək martın ortalarına qədər Vaşinqtonda qalacaq.

Bu barədə CNN məlumat yayıb.

ABŞ tarixində 1793-1933-cü illərdə martın dördü prezidentin andiçmə günü hesab olunub:

“Bu insanların bəziləri aydınlaşdırıblar ki, 75 il əvvəl martın dördü prezidentin andiçmə günü olub. Yaxşı, bəs indi bu, niyə vacibdir? İstənilən halda indi onlar düşünürlər ki, martın dördündə yenidən toplaşmalı və Kapitoliyə hücum etməlidilər. Bu, internetdə yayılır”, - deyə telekanal Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smitin sözlərini qeyd edib.

Please publish modules in offcanvas position.