Əfqanıstanda partlayışlar törədilib, ölənlər və yaralananlar var

/ Şənbə, 20 Fevral 2021 10:50
Əfqanıstanda partlayışlar törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanda partlayışlar törədilib.

"Report" xəbər verir ki, bu barədə 1TV telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, hər iki hadisə paytaxt Kabildə baş verib. Belə ki, minalanmış avtomobillər partladılıb. Nəticədə 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib. Təfərrüatlar açıqlanmır.

Please publish modules in offcanvas position.