ABŞ-da COVID-19 qurbanlarının sayı üç müharibə itkilərinin sayını ötdü

/ Bazar ertəsi, 22 Fevral 2021 12:32
ABŞ-da COVID-19 qurbanlarının sayı üç müharibə itkilərinin sayını ötdü

ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötüb.

Bu barədə TMZ nəşri bildirib.

Məlumata görə, bu, Birləşmiş Ştatların İkinci Dünya, Vyetnam və Koreya müharibələrindəki itkilərinin sayından çoxdur.

Nəşr bildirib ki, İkinci Dünya müharibəsində 291 min amerikalı həlak olub. Daha 47 434 Amerika hərbçisi Vyetnamdakı müharibənin qurbanına çevrilib. Birləşmiş Ştatlar eləcə də Koreya müharibəsində 33 739 əsgər və zabitini itirib.

TMZ-nin məlumatına görə, ABŞ-da COVID-19-dan artıq 502 min insan ölüb.

Daha əvvəl ABŞ prezidenti Cozef Bayden bildirib ki, ABŞ-da koronavirusdan ölən insanların ümumi sayı yaxın günlərdə 500 min nəfəri keçəcək.

"Bir neçə gün sonra 500 000 sayı keçəcəyik. Bu, İkinci Dünya Müharibəsində öldürülən amerikalıların sayından təxminən 70 000 çoxdur", - ABŞ rəhbəri deyib.

Qeyd edək ki, Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.

Please publish modules in offcanvas position.