Heyzli qadın məsciddə otura bilərmi?

/ Bazar ertəsi, 06 May 2013 07:24
Heyzli qadın məsciddə otura bilərmi?

Heyzli qadın məsciddə, qadınlar üçün ayrılmış hissədə otura bilərmi?

 

Heyzli qadına haram olan bəzi əməllər var ki, bunlardan biri də məsciddə dayanmaqdır. Bəzi alimlər heyzli qadına məscidin içində qalmamaq şərti ilə bir qapıdan girib o biri qapıdan çıxmağa, məsciddən nəyi isə götürüb dərhal oranı tərk etməyə icazə verirlər. Müqəddəs məkanlara (Məkkə, Mədinə məscidlərinə, imamların məqbərələrinə) hətta bu şərtlə də girmək qadağandır.

Bunlar məscid niyyəti ilə tikilən və məscid kimi istifadə edilən yerlərə aiddir. Mədrəsə, ziyarətgah və sairə binalar bura aid deyil. Həmçinin, məscidin həyətində yerləşən köməkçi binalar, məscidin həyəti də bu qəbildəndir və heyzli qadının orada olması haram sayılmır. Amma bu cür yerlərə də heyzli halda getməmək daha yaxşıdır.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location
Type the text presented in the image below

Please publish modules in offcanvas position.