Dünyasını dəyişmiş şəxsin paltarları ilə nə etmək lazımdır?

/ Bazar ertəsi, 03 Fevral 2020 11:17
Dünyasını dəyişmiş şəxsin paltarları ilə nə etmək lazımdır?

Oxucu sual verir: Dünyasını dəyişmiş şəxsin paltarları ilə nə etmək lazımdır?

Dünyasını dəyişmiş şəxsin paltararı onun varislərinə məxsusdur və həmin paltarlarla istədikləri şəkildə davrana bilərlər. Bu barədə dini mənbələrimizdə konkret göstəriş yoxdur. Mərhumun yaxınları həmin paltarlardan özləri də istifadə edə bilərlər. Bəzilərinin düşündüyü kimi, ölünün paltarını geyinmək insana bədbəxtlik gətirməz. Bu paltarları başqasına bağışlamaq da olar. Yaxşı olar ki, bu zaman yoxsul və ehtiyaclı şəxslərə üstünlük verilsin. Bu yolla həm ölünün varisləri savab qazanarlar, həm də mərhumun ruhu rəhmət sahibi olar. Xalq ənənəsinə görə, mərhumun paltarlarını, ona cənazə qüslü vermiş şəxsə (ölüyuyana) bağışlayılar. Bu, vacib deyil, amma qadağan da deyil.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.