Üveys Qərəni kim olub?

/ Çərşənbə axşamı, 04 Fevral 2020 11:19
Üveys Qərəni kim olub?

Oxucu sual verir: Üveys Qərəni kim olub?

Üveys ibn Amir Qərəni (və ya Qərni) tabiin təbəqəsinə mənsub olan, yəni Peyğəmbərlə (s) görüşməmiş, səhabələri görmüş şəxslərdəndir. O, Yəməndə məskunlaşmış Bəni-Təmim və ya Bəni-Murad qəbiləsinə mənsub idi.

Öz vətənində İslamı qəbul etmiş Üveys çobanlıqla məşğul olur, anasına qulluq edirdi. Bir dəfə Peyğəmbəri (s) görmək üçün Mədinəyə gəlmiş, amma təsadüfən həmin gün həzrət şəhərdə olmamışdı. Üveys anasını uzun müddət evdə tək qoya bilmədiyi üçün yarım gün Mədinədə gözləmiş, sonra evə qayıtmağa məcbur olmuşdu.

Rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) öz əbasını Üveysə çatdırmağı səhabələrə vəsiyyət etmişdi. Ömər ibn Xəttabla Əli ibn Əbu Talib (ə) Üveyslə görüşüb, Peyğəmbərin əmanətini ona təhvil vermişdilər.

Üveys Siffeyn müharibəsində İmam Əlinin (ə) tərəfində qəhrəmanlıqla döyüşüb şəhid olmuşdur.

Uveys Qərənini “seyyid əl-tabiin” (tabiinin ağası) adlandırırlar. O, təsəvvüf aləmində mühüm yerə malikdir. Sufi təriqətlərindən bir çoxunun silsiləsi ona bağlıdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.