Fatihə surəsinə niyə Şafiyə adını vermişlər?

/ Çərşənbə, 05 Fevral 2020 12:12
Fatihə surəsinə niyə Şafiyə adını vermişlər?

Oxucu sual verir: Fatihə surəsinə niyə Şafiyə adını vermişlər?

Bildiyimiz kimi Qurani-Kərimin surə və ayələri həm də müalicəvi xüsusiyyətə malikdir. İlahi Kəlam həm fiziki, həm də psixoloji narahatçılıqları aradan qaldırmaq gücünə sahibdir. Qurani-Kərimin başlanğıcı və “anası” adlandırılan Fatihə surəsi də bu mənada istisna deyil. Fatihə surəsi insana ən müxtəif çətinliklərdən, o cümlədən, xəstəliklərdən qurtuluş bəxş edir. Müvafiq məzmunlu kitablarda qeyd edilir ki, hər hansı bədən üzvü ağrıyan şəxs əlini həmin yerin üstünə qoyub, sidq ürəklə yeddi dəfə Fatihə surəsini oxusa, xəstəlikdən şəfa tapar. İmam Cəfər Sadiq (ə) buyurmuşdur ki, hər kim sübh namazının nafiləsi ilə sübh namazı arasında Fatihə surəsini oxusa, xəstəlikdən sağalar. Bu surənin şəfaverici xüsusiyyəti o qədər güclüdür ki, hətta İmam Sadiqin (ə) belə buyurduğunu rəvayət edirlər: “Əgər ölü üçün yetmiş dəfə Fatihə surəsini oxusalar, ruhunun bədənə qayıdıb dirilməsi qəribə olmaz”.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.