Zəmzəm quyusunun tarixi nə zamana gedib çıxır?

/ Cümə axşamı, 06 Fevral 2020 11:34
Zəmzəm quyusunun tarixi nə zamana gedib çıxır?

Oxucu sual verir: Zəmzəm quyusunun tarixi nə zamana gedib çıxır?

Hal-hazırda müqəddəs Kəbə evinin yaxınlığında yerləşən Zəmzəm quyusunun tarixi çox qədimdir. Həzrət İbrahim Peyğəmbər (ə) körpə oğlu İsmayılı (ə) anası Hacərlə birlikdə indiki Məkkə ərazisində buraxıb getdikdən sonra Allahın əmri ilə İsmayılın (ə) ayaqları altından Zəmzəm bulaq çağlamışdı. Sonralar bulağın yeri unuduldu. Nəhayət, Həzrət Mühəmməd Peyğəmbərin (s) babası Əbdülmüttəlib yeri qazıyıb Zəmzəmi tapdı. O zamandan bəri Zəmzəm içməli su quyusu kimi istifadə edilir. Cahiliyyə dövründə Məkkəyə gələn hacıları Zəmzəm suyu ilə təmin etmək şərəfli vəzifələrdən sayılırdı, bu hüquq Qüreyş qəbiləsinin böyüklərinə məxsus idi. Zəmzəm quyusu üstündən əsrlər keçməsinə baxmayaraq qurumur və bu su heyrətamiz dərəcədə safdır, həm də şəfaverici xüsusiyyətə malikdir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); rollup">