Keçmiş səmavi kitablardakı yazılardan günümüzə kimi gəlib çatanı varmı?

/ Çərşənbə, 19 Fevral 2020 10:50
Keçmiş səmavi kitablardakı yazılardan günümüzə kimi gəlib çatanı varmı?

Oxucu sual verir: Keçmiş səmavi kitablardakı yazılardan günümüzə kimi gəlib çatanı varmı?

Əqidəmizə görə, Allah-Taala Qurani-Kərimdən əvvəl Həzrət Musaya (ə) Tövratı, Həzrət Davuda (ə) Zəburu, Həzrət İsaya (ə) İncili nazil etmişdir. Bunlar səmavi kitablar sayılır. Lakin insanlar bu kitabları təhrif etmiş, öz istəklərinə uyğun olaraq dəyişdirmişlər. Tövrat, Zəbur və İncilin hazırki mətnləri də təhrif faktlarının olduğunu təsdiq edir. Bununla belə, həmin müqəddəs kitabların tam təhrif olunduğunu da iddia edə bilmərik. Hazırda mövcud olan variantlarda səmavi kitabların orijinalının bir hissəsi qalmışdır.

Bununla yanaşı, bəzi digər mənbələrdə də qədim səmavi kitabların fraqmentləri qeyd edilib. Məsələn, qədim hədis kitablarından olan “Tühəf əl-üqul” əsərində Həzrət Musaya (ə) və Həzrət İsaya gəlmiş vəhylərdən nümunələr verilmişdir. Eləcə də, hədisi-qüdsi kitablarında bu məzmunda məlumatlar mövcuddur. Müasir tədqiqatçılar bu qəbildən olan hədislərin bəzilərinin sənədinin olmaması və ya qarışıq olmasını əsas gətirərək, daha dərin araşdırmaya ehtiyac duyulduğunu deyirlər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); s="scrollup">