Əbu Süfyanla Peyğəmbərimiz (s) arasında qohumluq olubmu?

/ Cümə axşamı, 20 Fevral 2020 10:47
Əbu Süfyanla Peyğəmbərimiz (s) arasında qohumluq olubmu?

Oxucu sual verir: Əbu Süfyanla Peyğəmbərimiz (s) arasında qohumluq olubmu?

Peyğəmbərimiz (s) də, Əbu Süfyan da Qüreyş soyundandırlar. Peyğəmbərimiz (s) Qüreyşin Bəni-Haşim qolundan, Əbu Süfyan isə Qüreyşin Bəni-Üməyyə qolundan idi. Peyğəmbərin (s) babasının babası Əbdimənafda bu qollar birləşir. Belə ki, Əbdimənafın iki oğlu var idi. Birinin adı Haşim, o birinin adı Əbdişəms idi. Hətta bəzi mənbələrdə yazılıb ki, Haşimlə Əbdişəms ekiz halda, alınları bir-birinə bitişmiş vəziyyətdə doğulmuşdular, onların alnını bıçaqla kəsib ayırdılar. Bu zaman çıxan qanı iki nəslin düşmənçiliyi kimi yozdular.

Əbu Süfyan Əbdişəmsin nəticəsidir: Əbu Süfyan ibn Hərb ibn Üməyyə ibn Əbdişəms. Peyğəmbərimiz (s) isə Haşimin nəticəsidir: Mühəmməd (s) ibn Abdullah ibn Əbdülmüttəlib ibn Haşim.

Bəzi alimlər Bəni-Üməyyənin əslində Bəni-Haşimlə qohum olmadığını iddia etmişlər. Bu  nəzəriyyəyə görə, oğulsuz olan Əbdişəms bir dəfə Şamdan gələn karvanda yaraşıqlı və gənc bir qul görüb pulla satın almış və oğulluğa götürmüşdü. Həmin kölə Üməyyə idi. Deməli, əslində Əbu Süfyanın babası Üməyyə Qüreyşdən deyilmiş.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); nbsp;