Qəza orucunu tutan şəxs gün ərzində qəsdən orucu poza bilərmi?

/ Cümə, 21 Fevral 2020 11:06
Qəza orucunu tutan şəxs gün ərzində qəsdən orucu poza bilərmi?

Oxucu sual verir: Qəza orucunu tutan şəxs gün ərzində qəsdən orucu poza bilərmi?

Qəza orucu ilə əda orucunun hökmləri arasında bəzi fərqlər vardır. Bu fərqlərin biri də orucu pozmağa aiddir. Əda orucu, - yəni Ramazan ayının vacib orucu, nəzir vasitəsilə insana vacib olan oruc – tutan şəxs gün ərzində orucunu poza bilməz. Məğrib azanına kimi orucunu qəsdən pozsa böyük günah etmişdir, üstəlik qəza və kəffarə (cərimə) də boynuna gəlmişdir. Amma qəza orucunu tutan şəxs zöhrdən qabaq orucu poza bilər. Bununla belə, qəza üçün vaxtı dardırsa, məsələn, ötən ilin qəzalarını tutmaq üçün növbəti Ramazana kimi vaxtı az qalmışsa, bu halda vaxtına məsuliyyətlə yanaşması və orucunu pozmaması məsləhətdir. Zöhrdən sonra qəza orucunu qəsdən pozan adam isə gərək əvəzində 10 nəfər fəqiri doyuzduracaq qədər yemək versin, bunu edə bilməsə, 3 gün oruc tutsun.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); up">