İslam dini ovçuluğa necə münasibət bəsləyir?

/ Şənbə, 22 Fevral 2020 12:17
İslam dini ovçuluğa necə münasibət bəsləyir?

Oxucu sual verir: İslam dini ovçuluğa necə münasibət bəsləyir?

Dinimizə görə ovçuluq icazə verilən əməllərdəndir. Ovçuluq insanın ehtiyacını ödəmək üçün icazəlidir. Yəni qida əldə etmək və bəzi hallarda heyvanın dərisindən faydalanmaq üçün ov etmək olar. Amma bunu əyləncəyə çevirmək qadağandır. Yəni heç bir səbəb olmadan, sadəcə əyləncə xatirinə heyvanları ovlamaq olmaz. Eləcə də, əti yeyilməyən heyvanları öldürüb tullamaq düzgün hərəkət deyil. Bu cür davranışlar insanın qəlbini daşlaşdırar, mərhəmət duyğusunu ürəkdən silər. Qeyd edək ki, ov zamanı şəriət qaydalarına da əməl etmək lazımdır ki, ovlanan heyvanın əti murdar olmasın və yeyilməsinə icazə verilsin. Bu qaydalar risalənin ov hökmləri bölümündə izah edilir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.