Nə üçün Yasin surəsinə Quranın qəlbi deyirlər?

/ Cümə axşamı, 27 Fevral 2020 11:14
Nə üçün Yasin surəsinə Quranın qəlbi deyirlər?

Oxucu sual verir: Nə üçün Yasin surəsinə Quranın qəlbi deyirlər?

Hədislərdə buyurulur ki, hər şeyin qəlbi (ürəyi) var, Quranın da qəlbi Yasin surəsidir. Qəlb insanın həyatını təmin edən, ona həyat, dirilik verən üzvdür. Yasin surəsi də İslam dininin əqidə əsaslarını özündə xülasə edən bir surədir. Digər surələrdən fərqli olaraq, burada dinimizin əqidə əsasları kifayət qədər ətraflı şəkildə izah edilir. Surənin əvvəlində Həzrət Mühəmmədin (s) peyğəmbərliyi təkid edilir, sonra keçmiş ümmətlərə göndərilən elçilərin əhvalatı təsvir olunur. Surənin növbəti bölümündə Allah-Taalanın ayətləri sadalanır, Günəş, Ay kimi göy cisimlərindən söz açılır. Bununla da tövhid mövzusu ortaya gətirilir. Daha sonra qiyamət günündən danışılır, mömin və kafir bəndələrin axirətdəki yeri açıqlanır, məhşər gününün mənzərəsi canlandırılır. Beləliklə, bu surədə İslamın üç əsas əqidə prinsipi (üsulüd-din) – tövhid, nübüvvət və məad şərh edilir. Buna görə Yasin surəsinə Quranın qəlbi deyirlər.

Bu adın mənasını bildirən başqa izahlar da vardır ki, bunlar barədə ətraflı məlumatı dini kitablardan əldə etmək olar.

Şərhlər (1)

This comment was minimized by the moderator on the site

Sizin şərhinizi doğru hesab etmirəm.
Qəbir əzabının təxirə salınması qəbir
torpağının yaş olması ilə bağlı deyil.
Bu ənənə SU-yun müqəddəsliyi,
həyatı yaradan 4 ünsürdən biri olması
ilə bağlıdır ki,bu da qədim maq-oğuz-
Azərbaycanlılardan,zərdüşti...

Sizin şərhinizi doğru hesab etmirəm.
Qəbir əzabının təxirə salınması qəbir
torpağının yaş olması ilə bağlı deyil.
Bu ənənə SU-yun müqəddəsliyi,
həyatı yaradan 4 ünsürdən biri olması
ilə bağlıdır ki,bu da qədim maq-oğuz-
Azərbaycanlılardan,zərdüştilikdən
gəlir.

Read More
  Yusif Rzayev
Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location
  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); llup">