Qurani-Kərimi oxuyan zaman qadın mütləq hicablı olmalıdır?

/ Cümə, 28 Fevral 2020 11:12
Qurani-Kərimi oxuyan zaman qadın mütləq hicablı olmalıdır?

Oxucu sual verir: Qurani-Kərimi oxuyan zaman qadın mütləq hicablı olmalıdır?

Hicaba riayət etmək İslam dininin qadınlara vacib əmridir. Qadın mütləq naməhrəmlərdən örtünməlidir. Lakin bəzi hallarda hətta naməhrəmin görmədiyi zaman da hicaba riayət etmək məsləhətdir. Məsələn, Həzrət Fatimə (ə) hətta kor adamın yanında belə, hicabsız gəzmirdi. Quran oxumaq Allahla ünsiyyətdə olmaq deməkdir. Yaxşı olar ki, qadın Quran oxuyan zaman və ya başqasının Quran oxuduğunu dinləyən zaman hicaba riayət etsin, heç olmasa, başını yaylıqla bağlasın. Bununla o, Qurana ehtiramını göstərmiş olur. Təsadüfi deyil ki, xalq ənənəmizdə də Quran oxunan məclisə qadınların başıbağlı halda qatıldığının şahidi oluruq. Qeyd edək ki, Quran oxunan yerdə qadının başıaçıq oturması və ya hicabsız halda özünün Quran oxuması günah deyil, hicaba riayət etmək vacib yox, bəyənilən haldır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.