Yuxuda insana nəyi isə etmək tapşırılırsa, həmin işi mütləq etməlidirmi?

/ Çərşənbə, 04 Mart 2020 11:04
Yuxuda insana nəyi isə etmək tapşırılırsa, həmin işi mütləq etməlidirmi?

Oxucu sual verir: Yuxuda insana nəyi isə etmək tapşırılırsa, həmin işi mütləq etməlidirmi? Etməsə günah sayılırmı?

Yuxu vəhmə (xəyala) əsaslanan bir hadisədir. Onun reallıqla əlaqəsi zəifdir. Əlbəttə, peyğəmbərlərin gördüyü yuxular doğru (sadiq) olmuşdur və onlar öz yuxularına əməl etmişlər. Lakin sıravi insanın yuxuda gördüyünə əməl etməsi lazım deyil. Unutmayaq ki, biz dinin əmrlərini ağıl və məntiq gücümüzlə qəbul edir, anlayır və yerinə yetiririk. Yuxuda gördüklərimizin bir hissəsi hətta dini qanunlara zidd ola bilər; çünki qeyd etdiyimiz kimi yuxu xəyal qüvvəsinə əsaslanır. Bəzi yuxuların hətta şeytan tərəfindən ötürülməsi də mümkündür. Ona görə də əgər yuxuda gördüyümüz hər şeyə əməl etsək, dini qanunlardan kənara çıxmağımız da mümkündür.

Əlbəttə, bəzi hallarda, dini qanunlara zidd gəlməyən, hətta bunlara uyğun olan məsələlərdə yuxulara əməl etmək olar. Məsələn, dünyasını dəyişmiş bir şəxs yuxuda bizdən yardım istəyirsə, onun məzarını ziyarət etmək, ruhuna dua oxumaq, Quran tilavət etmək yaxşı olar. Qeyd edək ki, bunu etmək vacib deyil və etməsək günah qazanmırıq.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.