“Təsnim” təfsiri kimə məxsusdur və hansı özəllikləri vardır?

/ Şənbə, 07 Mart 2020 11:41
“Təsnim” təfsiri kimə məxsusdur və hansı özəllikləri vardır?

Oxucu sual verir: “Təsnim” təfsiri kimə məxsusdur və hansı özəllikləri vardır?

Təsnim – cənnətdəki bulaqlardan birinin adıdır (Mütəffifin, 27). Həm də müasir dövrdə qələmə alınan Quran təfsirlərindən biri bu adı daşıyır. Təfsirin müəllifi böyük təfsir və əqaid mütəxəssisi Ayətullah əl-üzma Cavadi Amulidir. Müəllif bu kitabı Əllamə Təbatəbainin “əl-Mizan” təfsirindən ilham alaraq qələmə aldığını qeyd edir. “Təsnim” təfsiri çox əhatəlidir. Onun təkcə birinci cildi təfsirin müqəddiməsini və Fatihə surəsini əhatə edir. Müəllif Quranın ilk 8 surəsini 32 cild həcmində təfsir etmişdir. “Təsnim” təfsiri Quranın Quranla təfsiri üslubunda yazılmışdır. Yeri gəldikcə mövzu barədə hədis və rəvayətlər də xatırlanır. Əsər üzərində iş hələ də davam edir. Kitabın tam həcmdə 80 cilddən ibarət olacağı planlaşdırılır. Belə ki, Quranın birinci yarısı (15 cüzün təfsiri) 50 cilddən, ikinci yarısı isə 30 cilddən ibarət olacaq.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.