Qulat tayfası kimlərdir?

/ Çərşənbə axşamı, 10 Mart 2020 10:46
Qulat tayfası kimlərdir?

Oxucu sual verir: Qulat tayfası kimlərdir?

Qulat (ğulat, yəni “ğali” sözünün cəm halı) həddi aşmış, ifrata varmış mənasını verir. Hər hansı dini əqidə barədə lazım olduğundan artıq mövqe sərgiləyən cərəyanlara bu ad verilir. Daha çox müəyyən tarixi şəxsiyyətlər barədə ifrat düşüncə tərzinə malik qruplar qulat adlandırılıb. İslam tarixi boyunca bəzi şəxslər imamları, xüsusilə, Həzrət Əlini (ə) ilahiləşdirmiş, bu müqəddəs insanlara ilahi sifətləri şamil etmişlər. İmamların özləri bu düşüncə sahibləri ilə mübarizə aparmış, onları lənətləmiş, hətta cəzalandırmışlar. Qulatın ən məşhur nümunəsi əliallahi təriqətidir. Əliallahilər İmam Əliyə (ə) duyduqları ifrat sevgi üzündən onu bəşər səviyyəsindən yüksəyə qaldıraraq Allah saymışlar. Qulat düşüncəsində olan təriqətlər İslam dinindən çıxmış sayılırlar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.